Rusiyanın "LifeNews" telekanalında, Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ xəritəsi Azərbaycan ərazisi kimi təqdim edilməyib.
ArannNews- telekanalında, verlişin aparıcısı ilk öncə Türkiyə -Rusiya münasibətlərindən danışıb. Daha sonra Türkiyənin qaz problemini necə həll etməsi məsələsinə keçid alıb. Burada diqqət çəkən məqam Azərbaycanın ərazi bütövlüyünün təhrif olunmasıdır.
Azərbaycan xəritəsinə diqqət yetirəndə Ermənistan tərəfinin işğal etdiyi Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi təqdim edilmədiyi müşahidə olunur.
Məsələ ilə bağlı dəfələrlə "LifeNews" kanalının rəhbərliyi ilə əlaqə saxlanılsada, edilən cəhdlər uğurlu alınmayıb. Lakin məsələnin araşdırılması üçün kanalın rəsmi inetrnet səhifəsinə etiraz məktubu göndərilib. Məktub isə hələ ki, cavabsız qalıb. Amma Rəsmi Bakı məsələnin cavabsız qalmasını gözləməyəcək. Artıq bununla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi ilk addımları atıb.
XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə bildirib ki, bu barədə xəbərləri var və Rusiyadakı Azərbaycan səfirliyi aidiyyatı qurumlara öz münasibətini bildirəcək. Belə bir təxribat adıçəkilən kanalda əvvəllər də olub və bu kanalın qeyri- peşəkar fəaliyyət göstərməsinin bir nümunəsidir.
Verilişin yayımlandığı kanalın sahibi erməni Aram Qabrelyanovdur. Lakin bu heç nəyi dəyişmir. Çünki Rusiya dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Deməli, kanal da Rusiyanın qanunlarına uyğun fəaliyyətini göstərməlidir.