Tarix : 2015 Dec 09
Kod 47173

Azərbaycanda mitinq cəzaları sərtləşir

Azərbaycanda qanunsuz toplantıların, mitinqlərin, yürüşlərin və s-in təşkili ilə bağlı məsuliyyət nəzərdə tutan maddənin adı və şərtləri dəyişdirilir, cəzalar ağırlaşdırılır.
AranNews- Azərbaycan Respublikası parlamentindən əldə edilən məlumata görə, bu halları nəzərdə tutan maddə yeni İnzibati Xətalar Məcəlləsində yeni redaksiyada verilib.
Yeni məcəllədə toplantıların təşkili və keçirilməsi qaydasının pozulmasına görə, fiziki şəxslər 1500 manatdan 3000 manata qədər cərimə edilirlər, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 200 saatdan 240 saatadək ictimai işlər və ya 2 aya qədər inzibati həbs tətbiq olunur. Vəzifəli şəxslər isə 3000 manatdan 6000 manata qədər, hüquqi şəxslər 15000 manatdan 60000 manata qədər cərimə olunurlar".
Yeni İnzibati Xətalar Məcəlləsi qəbul olunduğu halda mayın 1-dən qüvvəyə minəcək.
  • Yazılıb
  • da (də) 2015 Dec 09
  • Göndərən مدير سايت Aran News