Tarix : 2015 Dec 09
Kod 47174

Nardaran ağsaqqalı, Hacı Natiq Kərimov saxlanıldı

Nardaran ağsaqqalı Hacı Natiq Kərimov ifadə vermək üçün saxlanıldı
AranNews- Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, N. Kərimov Nardaran hadisələri ilə bağlı ifadə vermək üçün Baş Prokurorluğa aparılıb.
Nardaran sakini Natiq Kərimov bu gün Nardaran qəsəbəsində qurulan postda saxlanılıb.
Bu barədə APA-ya N. Kərimovun oğlu Kamran Kərimov məlumat verib.
O bildirib ki, atası həkimə gedərkən polis postunda saxlanılıb. Onun hara aparıldığı hələlik məlum deyib.
Digər sakinlər isə N. Kərimovun polis bölməsinə aparıldığını bildiriblər.
  • Yazılıb
  • da (də) 2015 Dec 09
  • Göndərən مدير سايت Aran News