Əziz İslam Peyğəmbərinin (s) vəfatı, həzrət İmam Həsən (ə) və Həzrət İmam Rzanin (ə) şahadət gunləri münasibəti ilə Zəmanə İmamına (ə.f) və bütün dünya müsəlmanlarına başsağlığı veririk.
AranNews- müsəlman aləmi səfər ayının son on gününü də Peyğəmbərin (s) matəm günləri kimi yas saxlayır. Bu günlər həm də İmam Həsənin (ə) şəhid olduğu gündür. eyni zamanda səfər ayının sonuncu günü həm də Həzrət İmam Rzanın (ə) şəhid olduğu gündür.
bildiyiniz kimi Səfər ayının 28-i İslamın Əzəmtli peyğəmbəri Hz. Muhəmməd-ibn-Əbdullahın vəfat günü həm də dünya şiələrinin ikinci məsum İmamı Hz. Həsən Müctəban (ə)-ın şəhid ediməsi günüdür.Bu üzdən yəqin ki, 28 Səfər günün İslam və Şiəlik dünyasının ən hüzünlu günü bilmək olar.
Böyük Peyğəmbər(s.ə.s.) 23 il dəvət, mübarizə, ilahi müraciəti verəndən, özünün böyük tapşırığını yerinə yetirmək yolunda çoxlu eniş-yoxuşlardan və on dörd gün xəstə olduqdan sonra nəhayət hicrətin 11-ci ilində bazar ertəsi günü, səfər ayının 28-də vəfat etdi və təsis etdiyi məscidin kənarındakı öz yaşayış hücrəsində torpağa tapşırıldı.
Müaviyə hiyləgərcəsinə bir sui-qəsd təşkil edərək Əşəs ibn Qeysin qızından (imam Həsənin (ə) həyat yoldaşı) istifadə etməklə İmamı zəhərləyərək şəhadətə yetirdi. Beləliklə, bütün ömrü boyu hiyləgər və xain kimi tanınan Müaviyənin ikiüzlü və nifaq törədən siması bir daha bu cinayətdə camaatın gözü önünə sərgiləndi.
O həzrətin dəfn mərasimindəki məzlumiyyəti diqqəti daha çox cəlb edir. İmam Həsənin (ə) yaxınları və şiələri o həzrəti öz vəsiyyətinə uyğun olaraq, İslam Peyğəmbərinin (s) məzarı kənarında dəfn etmək istədikdə, Bəni-Üməyyədən bir qrupu Peyğəmbərin (s) zövcəsi Ayişə ilə birlikdə buna qarşı çıxdı. Bu zaman Mərvan ibn Həkəm bu fitnəkarların arasından səslənərək dedi: “Osman “Bəqi”nin ən uzaq bir yerində dəfn edildiyi halda, Həsən ibn Əlinin (ə) Rəsulullahın (s) evində dəfn edilməsinə icazə verəcəyimizi sanırsınızmı?” (“Əl-mənaqib”, İbn Şəhr Aşub, c.2, s.175.)
Fitnəkar şəxs qatıra minərək miras yolu ilə Peyğəmbərin (ə) evinə sahib olduğunu iddia edir və canı bahasına olsa belə, imam Həsənin (ə) Rəsulullahın (s) qəbrinin kənarında dəfn edilməsinə mane olacağını bildirirdi. Bu kədərli hadisədən sonra imam Həsəni (ə) “Bəqi” qəbiristanlığında dəfn etdilər.
Şiələrin səkkizinci imamı Həzrət Əli ibn Musa Rza (ə) peyğəmbərin pak sülaləsindən və peyğəmbərin səkkizinci canişinidir. O, otuz beş yaşında şiələrin rəhbərlik və imamlıq məsuliyyəti öhdəsinə götürdü və onun yaşayışı Əbbasi xəlifələrinin zamanında idi və onlar imama çox əziyyət və çətinliklər yaradırdılar və sonda Əbbasi xəlifəsi Məmun onu 55 yaşında şəhid etdi.
Hicri qəməri tarixi ilə 203-ci il Səfər ayının 30-da müsəlmanların 8-ci imamı Abbasi xəlifəsi Məmun tərəfindən zəhərləndirilib və şəhadətə qovuşub.
İmam Rza (a) xəlifə Məmun tərəfindən Xorasana dəvət edilərək orada şəhid edilib.
Bu münasibətlə başda İmam Zaman (ə.f) həzrətlərinə və bütün müsəlman dünyasına baş sağlığı verir və Allahdan hər birimizə Məsumlarımızın (əleyhimus səlam) həyat yolunu səbrlə davam etdirməyi arzu edirik.