Rusiya Müdafiə Nazirliyi bu bombardmanlarda İŞİD-in 21 təlim bazasını, 43 anbarını və 6 neft obyektini məhv etdiyini bildirib.
Arannews- Rusiya son dörd gün ərzində Suriyadakı İŞİD mövqelərinə 1920 bomba atıb.bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyi öz Tvitter səhifəsində yayıb. Nazirlik həmçinin bu bombardmanlar sayəsində İŞİD-in 21 təlim bazasını, 43 anbarını və 6 neft obyektini məhv etdiyini bildirib.
Rusiya öz ərazisində yerləşən Mozdok aerodromundan da Suriyaya uçuşlar həyata keçirib. Tu-22m3 bombardmançıları vasitəsilə 60 uçuş reallaşdırılıb və terrorçuların 30 obyekti məhv olunub.