Barizani və Ərdoğan arasında keçirilən görüş bağlı qapılar arxasında baş tutub.
Arannews- İraq Kürdüstanı yerli hakimiyyətinin başçısı Məsud Barizani Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ilə görüşüb, danışıqlar aparıb.
Türkiyənin dövlət televiziyası çərşənbə günü axşam bu barədə məlumat verib və bildirib ki, Barizani və Ərdoğan arasında keçirilən görüş bağlı qapılar arxasında baş tutub.
İraq Kürdüstanı yerli hakimiyyətinin başçısı Məsud Barizani çərşənbə günü Ankaraya daxil olub və Ankaraya daxil olmasının ardınca birbaşa olaraq Türkiyə Milli İstihbarat Təşkilatı(MİT) başçısı Hakan Fidan ilə görüşüb.
Barizaninin Ankaraya olan səfəri Türkiyə qoşunlarının İraqın şimalındakı iştirakına görə, Ankara-Bağdad münasibətlərində gərginliyi artdığı bir dövrə təsadüf edir.
Məsud Barizaninin Ankaraya olan səfəri və Türkiyə rəsmiləri ilə görüşlərinin detalları barədə hələ ki, heç bir məlumat yayılmayıb.