Tarix : 2015 Dec 11
Kod 47182

Təbriz əhalisinin Azərbaycan konsulluğu qarşısında keçirdiyi aksiyada bəyanatın mətni

Təbrizin qeyrətli əhalisinin Azərbaycanın konsulluğu qarşısında aksiya keçirərək dövlətin bu hərəkətini məhkum etdilər və bəyanat verdilər.
AranNews- Təbrizin inqilabçı əhalisi Azərbaycanın polis və təhlükəsizlik qüvvələrinin Nardaran qəsəbəsnin şiələrinə qarşı vəhşicəsinə hücumuna etiraz olaraq bu gün Azərbaycan Respublikasının Təbrizdəki konsulluğu qarşısında aksiya keçirərək dövlətin bu hərəkətini məhkum etdilər və bəyanat verdilər.

Bəyanatda deyilir:
Azərbaycanın polis qüvvələrinin Nardaran dindarlarına hücum etməsi, dindarları və namazqılanları qanına qəltan etməsini əks etdirən ürəkyandırıcı səhnələr İranın dindar və şərəfli xalqını bərk narahar etmiş, onları heyrətdə qoymuşdur. Hamıya aydındır ki, sionist rejim, Səudiyyə Ərəbistanı, Amerika və Türkiyə koalisiyasınında fəaliyyət göstərən sionist mərkəzləri, vəhabi-sələfi təkfiçiləri zahirdə yalandan "Allahu Əkbər" şüarı verən təkfirçi terrorçu qrup və ünsürləri işə salaraq qan tökürlər, baş kəsirlər. Bununla da sözü gedən koalisiya İslam ölkələrinə hakim olmağa cəhd edir. Azərbaycan Respublikası da vəhabi-sələfi təkfirçilərinin öz məkirli planlarını həyata keçirə bilən müsəlman və neft yataqları ilə zəngin ölkələrdən biridir. Nardaran dini qəsəbəsini imam Hüseynə (ə) əzadarlıq keçirilən bir mərkəz kimi tanıyan koalisiya, onu öz qurbanı olaraq seçmişdir.
Fakt və sübutlar göstərir ki, Azərbaycanın təhlükəsizlik xidmətləri və daxili işlər nazirliyinə nüfuz etmiş, kök salmış sələfi və İŞİD ünsürləri Nardarana hücum edərək 6 nəfər imam Hüseyn (ə) əzadarını və dindarı şəhid etmiş, bir neçə nəfəri də həbs etmişdir. Bu məkirli planlarının icrası üçün iki nəfər dindar polis əməkdaşını özləri ilə Nardarana aparmış və silahldan atəş açaraq onları öldürmüş, onların Nardaran əhalisi tərəfindən qətlə yetirildiyini iddia etmişlər. Onlar Nardaranda mövcud olan "Ya Hüseyn", Ya Əbəlfəz" yazılmış bayraqları İŞİD bayrağı kimi tanıtmşlar. Bu məqsədlə televiziya kanallarını və sosial şəbəkələri də işə qoşmuşlar. Polis qüvvələri imam Hüseyn (ə) matəminə aid bayraqları, Azərbaycanın işğal edilmiş ərazilərini azad edirmiş və Ermənistan bayrağını endirirmiş kimi iftixarla evlərin üzərindən endirmişdir. Azərbaycan dövlətinin Qarabağı işğaldan azad etməyə yönəlməli olan enerji, bacarıq və potensialının ölkənin dindar əhalisinə qarşı yönəlməsi çox təəssüf doğurur. Halbuki, həmin dindarlar şəhadəttələb ruhiyyə və cihad məqsədilə Qarabağ və digər işğal edilmiş əraziləri azad etməyə hazırdırlar.
Bu arada təhlükəsizlik və polis qüvvələrinin dindarlara qarşı zorakı, sıxışdırıcı və adətdən uzaq hərəkəti bir çox suallar ortaya çıxarır. Aydındır ki, polis çağırış göndərmək və müzakirə kimi həmişəki və dinc metodlardan istifadə edərək məsələni həll edə bilərdi. Belə məlum olur ki, bu faciənin yaranmasında Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əsas strukturlarında şübhəli hərəkatların rolu olmuşdur. Nardaranda baş verən qanlı və acılı hadisənin davamında xəbər tutduq ki, Azərbaycanın xüsusi təyinatlı polis qüvvələri eyni zamanda Gəncə, Lənkəran, Neftçala şəhərlərində də dindar və ruhaniləri dövlət çevrilişinə cəhd, terrorçuluq, ekstremizmdə şərləyərək saxlamış, Nardaranın bütün giriş-çıxış yollarında zirehli texnika, polis-daxili qoşun qüvvələri yerləşdirmiş, qəsəbə əhalisinin qaz, su və işığını kəsmiş, evlərdə bir-bir axtarış aparmış, fövqəladə hərbi vəziyyət elan etməklə camaatı daha artıq sıxışdırmışdır.
Aydındır ki, İran və Azərbaycan xalqlarının gündəlik genişlənməkdə olan münasibətlərini xoşlamayan və onlarla düşmənçilik edənlər bu iki qonşu və müsəlman ölkə arasında bədbinlik və ixtilaf yaratmağa bərk cəhd göstərirlər. Bunu həyata keçirmək üçün bütün məkirli planların icrasına çalışırlar. İslam ölkələrinin vəhdəti ilə müxalif olan Amerika və sionist rejim bu məqsəd uğrunda hərəkət edir və Nardaran hadisələrindən sui-istifadə etməyə, öz xeyirlərinə faydalanmağa cəhd edirlər. Onların əsas hədəfi dindar və ruhaniləri Azərbaycanın ictimai səhnəsindən silməkdir. Ona görə də Azərbaycan dövləti lazımı sayıqlıq göstərməklə sözü gedən planların qarşısını almalıdır.
Azərbaycan xalqı dindar xalqdır və bütün dünya şiələri kimi məhərrəmlik günlərində, Aşurada şəhidlər ağası imam Hüseynə (ə) əzadarlıq dəstələri təşkil etməyə, matəm saxlamağa haqları vardır. Məlumdur ki, Azərbaycanın müsəlman xalqı dindarlara qoşulduğu üçün anti-din hərəkatlar onların başladığı hərəkatın qarşısını ala bilməyəcəklər. Azərbaycan xalqının məhərrəmlik günlərində, Tasua və Aşura mərasimlərində geniş və əzəmətli iştirakı buna sübutdur.
Yayılmış xəbərlər göstərir ki, Nardaran hadisələrində şiə müqəddəslərinə, ruhanilərə, təqlid mərcələrinə və dini elm hövzələrinə hörmətsizlik olunmuş, İran İslam Respublikasına qarşı itihamlar irəli sürülmüşdür. Həmçinin, dövlət və rəsmi aparatlar tərəfindən imam Hüseyn (ə) əzadarlığı hərəkatının dayandırılması, Tasua və Aşura mərasimlərinin keçirilməməsi üçün təşkilatlanmış hərəkətlər izlənməkdə və icra edilməkdədir.
Ona görə də aksiyada iştirak edənlər Nardaran hadisələrini bərk məhkum edir və Azərbaycan dövlətindən istəyir ki, müqəddəslərə, ruhanilərə, təqlid mərcələrinə qarşı təxribat və təhqir dərhal dayandırılsın. Həmçinin, təşkilatlanmış surətdə rəsmi qurumların dini fəaliyyətlərə qadağa qoyulması, yaxud məhdudlaşdırılması barədə hərəkətlərinin dayandırılmasını istəyirik. Üstəlik, İran İslam Respublikasına qarşı yalan və əsassız ittihamlara dərhal son qoyulsun.
Azərbaycan Respublikası xalqından da istəyirik ki, Nardaran əhalisi və ruhanilərin ekstemizmdə günahlandırılması, İŞİD-çi şəri atılması fitnələri qarşısında ayıq olsunlar və Əhli-Beyt (ə) sevərlər yurdunun sionist və vəhabilərin xəlvət həyat məkanına çevrilməsinə icazə verməsinlər.
  • Yazılıb
  • da (də) 2015 Dec 11
  • Göndərən مدير سايت Aran News