Muğan sərhəd bölgəsinin əhalisi Azərbaycan hökumətinin Nardaran qəsəbəsində şiələrin repressiyasını, insanlığa sığmayan bu ləyaqətsiz hərəkəti məhkum etdilər.
AranNews- Muğan sərhəd bölgəsinin əhalisi Azərbaycan hökumətinin Nardaran qəsəbəsində şiələrin repressiyasını, insanlığa sığmayan bu ləyaqətsiz hərəkəti məhkum edərək bu gün sübh (cümə axşamı) canlı zəncir yaradıblar.Parsabad sərhəd bölgəsi əhalisi Azad Universitet və Pəyami-Nur Universitetinin tələbə və müəllimləri, Fəhlə Evi elm və istehsalat müəssisəsnin əməkdaşları, ruhani və tələbələr, təhsil işçiləri və bəsic tələbələr, İslam Təbliğat təşkilatı, Məddahlar Ocağı ilə birlikdə Azərbaycan hökumətinin Nardaranda şiələrin repressiyasını, insanlıqdan uzaq hərəkətlərini məhkum edərək canlı zəncir yaratmaqla Nardaran şiələrinə dəstək veriblər.Qeyd edək ki, 5 azər, cümə axşamı günü – 26 noyabrda , Ərbəinə bir həftə qalmış polislər və təhlükəsizlik qüvvələri Nardaranda əzadarlıq mərasimlərini dağıtmaq üçün qəsəbəyə hücum edib, əzadar şiələrdən 5 nəfəri şəhadətə çatıb, ondan artıq insan yaralanıb.Təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatda höccətülislam Tale Bağırzadə, 16 ruhani və fəal həbs edilib.