Tarix : 2015 Dec 12
Kod 47189

Vəliyyi-Fəqihin Qərbi Azərbaycan üzrə nümayəndəsi: Azərbaycan ölkəsində şiələrin öldürülməsi qəbuledilməzdir

Azərbaycan dövləti şiələrə sosial-məişət baxımından təzyiqlər edir, onların su, işıq və qazını kəsmişdir.
AranNews- Urmiyada cümə namazına rəhbərlik edən höccətül-islam vəl-müslimin Seyid Mehdi Azərbaycanda şiələrin öldürülməsi mövzusuna toxunaraq deyib: "Polis tərəfindən şəhid edilənlər və yaralananlar şiələr olmuşdur".
İmam cümə bu ölkə şiələrinin su, işıq və qazının kəsilməsini Azərbaycan hökumətinin sosial-məişət baxımından onları sıxışdırması adlandıraraq deyib: "Əhli-Beyt (ə) matəmi günlərində belə hərəkətlər qəbuledilməzdir və ölkə başçıları bu hərəkətlərinin əvəzini çıxmalıdır".
  • Yazılıb
  • da (də) 2015 Dec 12
  • Göndərən مدير سايت Aran News