Azərbaycan Respublikasının hökumətinə nəsihət edirik ki, sizin xalqınız dindardır; nə üçün Ərbəin günü bu xalq sizin məmurlarınız tərəfindən hücuma məruz qalıb?
AranNews- Tehranın bu həftəki cümə namazının xətibi Höcətül-islam vəl-müslimin Siddiqi Azərbaycan Respublikasının təhlükəsizlik qüvvələrinin şiələrin hüseyniyyəsinə hücum etməsi və bir neçə şiəni öldürməsi mövzusuna toxunaraq deyib: "Azərbaycan Respublikasının hökumətinə nəsihət edirik ki, sizin xalqınız dindardır; nə üçün Ərbəin günü bu xalq sizin məmurlarınız tərəfindən hücuma məruz qalıb?"
İmam cümə artırıb: "Zorakı hərəkət heç vaxt davam gətirmir və özlərinə qayıdır".
Xətib çıxışının digər hissəsində Türkiyənin İraqın şimalına ordusu yeritməsini pisləyərək bu hərəkəti Türkiyə, İslam ölkələri və regionun təhlükəsizliyinin zərərinə olan təhlükəli bidət adlandırıb.
"Bu hərəkət heç bir məntiqə sığmır. Türkiyə xalqı da müsəlmandır və hökumətinin bu əməlindən narazı olacaqlar"- deyə, höcətül-islam vəl-müslimin Siddiqi əlavə edib.
Türkiyə rəsmilərinin səhv etməsinə işarə edən imam cümə deyib: "Nə üçün Türkiyə hökuməti müsəlmanların onları bağışlamayacağı və tarixdə iz qoyacağı bir addım atmalıdırlar? Biz Türkiyənin bu təcavüzünü məhkum edirik və dövlət rəhbərlərinə nəsihət edirik ki, düşməni sevindirən, hökumətinizi yalqız və zəifləndirən işlərdən əl götürsün".