Arannews- Türkiyə hökumətinin İraq hökumətinin türk hərbçiləri İraqın Mosul şəhərindən çıxarması barədəki xəbərdarlıqlarına məhəl qoymamasının ardınca Bağdad Ankaradan BMT-nin Təhlükəsizlik Şurasına şikayət etdi.Amerikanın BMT-dəki nümayəndəsi və Təhlükəsizlik Şurasının dövri sədri Samanta Power cümə günü deyib ki, İraq Türkiyədən öz hərbi qüvvələrini həmin ölkənin şimalında yerləşdirdiyinə görə, Təhlükəsizlik Şurasına şikayət edib.
İraqın BMT-dəki nümayəndəsi Muhəmməd Əli Əlhəkim Təhlükəsizlik Şurasının dövri sədri kimi Samanta Power-ə ünvanladığı məktubda ondan istəyibdir ki, bu məktubu şuranın digər on dörd üzvü arasında paylasın.
Bundan öncə İraqın Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin nümayəndələri ilə məşvərətlərdə türk hərbçilərin İraqın şimalında olmaları məsələsinə baxılması və bu hərəkətin pislənilməsini vurğuladı.
Dekabrın 4-də yüzdən çox türk hərbçi İraq Kürdüstanının peşmərgə qüvvələrinə təlim keçmək bəhanəsilə Mosul şəhəri yaxınlığındakı bir bazada yerləşdi. Ankaranın bu qeyri-adi hərəkəti Bağdad-Ankara əlaqələrində siyasi gərginliyə səbəb oldu.
Türkiyə elə bir halda öz qonşu ölkəsinin ərazi bütövlüyünü pozur ki, İraqla bu ölkədə türk hərbçilərin yerləşdirilməsi haqda heç bir razılaşma imzalamayıb və hətta iraqlı rəsmilər Türkiyə hökumətinə belə bir xahişlə müraciət etməyiblər.
Diplomatik və beynəlxalq qanunlar ölkələr arasında əlaqələri qaydaya salır və bu qanuların ən aşkarı, ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət və onların daxili işlərinə qarışmamadır. Dinc yanaşı yaşama və qarşılıqlı hörmət prinsipləri iki ölkə əlaqələrinin qurulması üçün böyük bir əsasdır və həmin prinsiplər ölkələrin əlaqələrini daha geniş və dərin edir.
Lakin Türkiyə son illər ərzində, yəni Suriya böhranının başlanması ilə "qonşularla sıfır gərginliyi" siyasətini əslində həssas Yaxın Şərq regionunda gərginlik yaratma siyasəti ilə dəyişibidir.
Ankara başçılaının avantüraları onların regionda "dinclik və sabitlik yaratma" şüarı ilə uyuşmur və Ankaranın hazırkı xarici siyasəti, çox gərgin və iltihablı məntəqə olan Asiyanın qərbində gərginliyi şiddətləndirməkdir.
Türkiyə hökumətinin regiondakı hərəkətləri çox təhlükəli adət qoyma kimi qiymətləndirilir. Türk hərbçilərin rəsmi Bağdadın icazəsi olmadan İraqda iştirakları bir növ təcavüzkarlıq olaraq, dinc yanaşı yaşama prinsipi və beynəlxalq qanunlarla uyuşmur.
Türkiyənin qanunsuz rəftar tərzinə əsasən, İraq hökuməti, ölkələrin qanun pozucuları qarşısındakı qanuni haqları olan "qarşılıqlı cavab" seçimini kənara qoyaraq, qanuni üsullara üz tutub və BMT-nin Təhlükəsizlik Şurasında bu məsələni izləyir.
Türkiyə hökuməti isə Suriyanın hava məkanında rus bombardmançısını vurmaq və İraqda hərbi iştirak kimi düşünulməmiş hərəkətlərlə regionun dincliyi yolunun əks istiqamətində addım atmaqdadır.