Tarix : 2015 Dec 13
Kod 47194

AXCP Azərbaycan Respublikasının Ədliyyə Nazirliyini məhkəməyə verdi

Azərbaycan xalq Cəbhəsi Partiyasi, Respublikasının Ədliyyə Nazirliyini məhkəməyə verdi.
AranNews- AXCP axırıncı qurultayından sonra sənədlərinin dövlət reyesterində qeydə alınmasından imtina olunması ilə bağlı məhkəməyə müraciət edib. Bu barədə vəkil Fəxrəddin Mehdiyev məlumat verib.
Azərbaycan Respublikası medialarının verdikləri məlumata əsasən, Bakı 1 saylı İnzibati-İqtisad Məhkəməsinə edilən şikayət “məlumatların dövlət reyesterin daxil edilməməsinə” görədir və cavabdeh qismində Ədliyyə Nazirliyi göstərilib.
Xatırladaq ki, AXCP-nin axırıncı qurultayı sentyabrın 27-də keçirilib. Qurultaydan sonra onun nəticələrinin dövlət qeydiyyatına daxil edilməsi üçün sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunub. Lakin Ədliyyə Nazirliyi hakimiyyətin AXCP-yə aidiyyatı olmayan adamlardan yaratdığı, onun adına iddia edən bir dəstənin müraciətini əsas gətirərək partiyanın sənədlərini qeydə almadan geri qaytarıb. Bildirib ki, AXCP adına başqa iddialı da olduğu üçün məsələ məhkəmədə aydınlaşdırılsın.
  • Yazılıb
  • da (də) 2015 Dec 13
  • Göndərən مدير سايت Aran News