Tarix : 2015 Dec 13
Kod 47198

Türkiyə və Rusiya arasında görüş baş tutdu

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə Türkmənistanın paytaxtı Aşqabadda görüşüb.
AranNews- görüş Türkiyə tərəfinin təşəbbbüsü ilə baş tutub.
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun bildirdiyinə görə, görüş qeyri-rəsmi şəkildə keçirilib:
“Rusiya və Türkiyə arasında yaşanan gərginliyə görə biz günahkar deyilik. Türkiyə Rusiyaya aqressiv münasibət göstərdi. Bu cinayətdir. Artıq Rusiya dövlət başçısı olayı dəyərləndirib. Kim hücum edibsə, o da məsuliyyəti öz üzərinə götürməlidir. Güman edirəm ki, Türkiyə hökuməti olayı düzgün dəyərləndirəcək və Rusiyadan üzr istəyəcək. Türkiyə düzgün münasibət göstərməsə, yaşananları bağışlamayacağıq. İstənilən halda baş verənlər ciddi və böyük yara olaraq qalacaq”.
  • Yazılıb
  • da (də) 2015 Dec 13
  • Göndərən مدير سايت Aran News