Cavid Qurbanov: Şimal-Cənub dəhlizi bizə lazım olan layihədir. Ona görə də biz bu işi asanlaşdırmağa çalışırıq.
AranNews- bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
C.Qurbanov bildirib ki, artıq bununla bağlı Koordisaya Şurası da yaradılıb: "Dekabrın 21-də İran paytaxtı Tehran şəhərində görüş keçiriləcək. Görüşdə məsələlərin konkret qoyulması nəzərdə tutulub.
Birinci mərhələ olaraq, Azərbaycan Astarasından İran sərhədinə 8 kilometr yol çəkiləcək. Bundan başqa, 100 metrlik də körpü tikiləcək. Bu da yüklərin asan daşınması üçün edilir".