Nəmin əhalisi şəhərin mərkəzində yerləşən Came məscidinin önünə toplaşaraq Azərbaycan dövlətinin Nardaran şiələrinə qarşı qəddarcasına cinayətini məhkum etdi.
AranNews- Nəmin əhalisi şəhərin mərkəzində yerləşən Came məscidinin önünə toplaşaraq Azərbaycan dövlətinin Nardaran şiələrinə qarşı qəddarcasına cinayətini məhkum etdi.
Aksiya iştirakçıları "Nardaran əhaslisi, dəstəkləyirik sizi", "Heyhat, minnəz-zillə", "Ləbbeykə, Ya Hüseyn" kimi şüarlar verərək, Nardaran şiələrinə dəstəklərini elan etdilər.
İmam Hüseynə (ə) əzadarlıq günlərində Azərbaycanın, xüsusən də Nardaranın şərəfli və vilayətçi əhalisi İslam-şiə müqəddəs şüarlarından ilham alaraq əzadarlıq etdikləri zaman Azərbaycanın polis-təhlükəsizlik qüvvələri ölkənin bir neçə bölgəsinə, əsasən də Nardaran qəsəbəsinə hücum etmiş, bir neçə mömini şəhid etmiş, onlarla dindarı da saxlamış və həbs etmişdir.
Ortaya çıxan sual budur ki, hətta qeyri-müsəlmanların imam Hüseyn (ə) əzasında azadcasına iştirak etdiyi günlərdə – bunun nümunəsini böyük Ərbəin hərəkatında də şahid olduq – Azərbaycanın zahirən müsəlman dövləti nə üçün Nardaran əhalisi üçün bu haqqı qəbul etmirlər?
Azərbaycan ölkəsində Amerika, İsrail nökərləri, homoseksuallar azaddırlar, qumarxanalar və şərab içilməsi hətta məhərrəmlik günlərində də azaddır, lakin Əliyyibni Əbi Talib (ə) şiələrinə öz ibadət mərasimlərini də yerinə yetirməyə icazə verilmir.