Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycanda baş verən hadisələr barədə XİN-nin işlərini açıqlayaraq, bütün tərəfləri Tehran-Bakı münasibətlərinə xələl gətirmək istəyən bədxahların məkirli planları qarşısında sayıq olmağa dəvət edib.
AranNews- Redaksiyamızın Xarici İşlər Nazirliyinin Media Diplomatiyası Baş İdarəsinə istinadla verdiyi xəbərə görə Hüseyn Cabiri Ənsari İran İslam Respbulikasının dindar xalqının Azərbaycan Respublikasında baş verən hadisələrə saf hislərinə və narahatlığına hörmətlə yanaşaraq deyib: "Xarici İşlər Nazirliyi bu hadisəni yaxından izləyir və Azərbaycanın səlahiyyətli rəsmiləri ilə bu mövzuda mütəmadi surətdə əlaqə saxlayır".
O artırıb: "İki ölkə arasında aparılan müzakirələrin nəticəsində İslam dəyərləri və şüarlarının təzim və dini məkanlara hörmət olunması zəminəsində münasib şərait yarandı. Azərbaycanda səfər ayının son günlərində məscid və hüseyniyyələrdə əzadarlıq mərasimlərinin təşkil edilməsi bu müzakirələrin nəticələrindəndir".
XİN-nin sözçüsü həmçinin bütün tərəfləri Tehran-Bakı münasibətlərinə xələl gətirmək istəyən bədxahların öz məkirli planlarnı həyata keçməsinə mane olmağa çağırıb.
Bu xəbərdə deyilir: "Bakı rejimi polisinin "Rəhimə Xatun" ziyarətgahı yaxınlığında Ərbəin matəm mərasiminə hücum etməsi, 6 nəfəri şəhid etməsi və onlarla islamçını həbs etməsi, İranın şimal-qərb bölgələrinin əhalisini narahat edib. Qeyd olunan hadisə sionist-vəhabi qanadlarının islamçıların Əliyev sülaləsinin hökumətinə qarşı terrorçu hücum edəcəyi hiyləsi ilə baş tutub".
Hadisədən sonra Təbriz, Ərdəbil imam cümələri Əliyev sülaləsi rejiminin bu cinayətinə reaksiya verərək, İran İslam Respublikasının rəsmi mövqe bildirməsini, Azərbaycan dövlətinin də bu hərəkətlərə son qoymasını tələb etdilər. Həmçinin bu bölgələrin əhalisi Azərbaycan hökumətinin vəhşi hərkətinə öz qəzəblərini bildirdilər. Lakin, hadisənin baş verməsindən iki həftə keçməsinə baxmayaraq, diplomatik aparatlar heç bir münasibət bildirməyib.
Bakı dövlətinin insan hüquqlarını pozması, Nardaran müsəlmanlarının su, qaz və işığını kəsməsi və yenidən onlara hücum etməsinin davam etməsinin ardınca Təbriz əhalisi cümə axşamı günü əzadarlıq dəstələri şəklində Azərbaycanın Təbrizdəki konsulluğu önündə etiraz aksiyası keçirdi.
Muğanın Germi və Parsabad əhalisi də oxşar hərəkətlərlə Əliyev sülaləsinin əməlini məhkum etdi.