Ərdəbil əyalətinin Rahpuyan Cəmiyyətinin katibi: Azərbaycan ölkəsinin xalqı heç vaxt müqavimət cəbhəsindən geri çəkilməyəcək və islami dəyərlərdən əl götürməyəcək.
AranNews- Ümidəli Rənayi bu gün cəmiyyətin üzvləri ilə görüşündə deyib: "İlham Əliyev özünü insanlıq, İslam və şiələr əleyhinə xaricilərin sionizm və imperializm siyasətlərinin icraçısı etmişdir. Bu səhv əməllərindən əl götürməlidir".
O vurğulayıb: "Azərbaycan regionda ikinci müsəlman və şiə ölkəsidir. Bakı dövlətinin bu ölkə xalqı, xüsusilə də Nardaran əhalisinə qarşı xəyanəti qəbuledilməzdir. Bu hərəkətlər Azərbaycanın dövlət başçılarının öz xalqının həqiqi kimliyinə diqqətsizliyini göstərir".
Rahpuyan Cəmiyyətinin katibi deyib: "Bu rəftar və hərəkətlər İlham Əliyevin sionistlərə muzdurluğudur və xəyanətkarların təbəssümünə xatir bu gün xalqa qarşı belə cinayətlərə yol verir. Mütləq, bu əməlləri ilə özlərinin məhvinə zəminə yaradırlar".
"İlham Əliyevin bu diktatorluq hərəkəti, bacarıqsız Bakı dövlətinin alnında bir rüsvayçılıq və ləkədir. Bu rüsvayçılıq ləkəsi həmişəlik olaraq onların alnında qalacaqdır"- deyə, Rənayi deyib.
O, çıxışının digər bir hissəsində açıqlayıb: "Azərbaycanın müsəlman xalqı ölkə başçılarının bu qeyri-insani hərəkətini başa düşürlər və bir qrupun onların din, etiqad və milli dəyərlərinə qarşı çıxmasına icazə verməyəcəklər. Bu ölkə xalqı heç vaxt öz prinsiplərindən dönməyib, müqavimət cəbhəsindən geri çəkilməyib və islami dəyərlərindən əl götürməyib, bütün varlığı ilə onu qoruyub. Bundan sonra da Azərbaycan xalqının qanlı qiyamının şəhidlərinin islamçılıq yolunu və onların Bakı dövlətinin zülm, cinayət və islamofibiyası ilə mübarizə yolunu davam etdirəcək".
Ərdəbil universitetlərinin müəllimi çıxışının davamında deyib: "Kommunist hakimiyyətinin Azərbaycanda və region ölkələrində rüsvayçı aqibəti Azərbaycanın dövlət başçıları üçün ibrət olmalıdır. Region xalqı repressiyanın ən şiddətli vaxtında Günəşin dəyərli və mənəvi bağlılığı, xalqın dəyərli hərəkətinin partlayışı ilə kommunist ölkəsinin sərhədləri açıldı və onlar imperializmin zəncirlərindən qurtuldular. Heç vaxt zülm, sitəm, nifaqın təsiri İslam camiəsində və İslam ümməti əleyhinə qalarıqlı deyil. Düşmən də zülmün nəticəsinin əbədi olmadığını və davam gətirə bilməyəcəyini bilir".
Rənayi artırıb: "Azərbaycanın dövlət başçıları kəklik kimi başlarını qara salıb, inqilabçı təfəkkür və ideyanı görməməzliyə vurmaqdansa, yaxşı olar ki, reallığı görsünlər və müsəlmanlara bundan artıq zülm və təcavüz olunmasına icazə verməsinlər".