Xalxalın imam cüməsi: Azərbaycan hökumətinin anti-şiə hərəkətləri böyük səhvdir və öz rəftarını yenidən nəzərdən keçirsin.
AranNews- Xalxal şəhərinin cümə namazına rəhbərlik edən höccətül-islam vəl-müslimin Əmir Rəştbəri cümə namazının xütbələrində Azərbaycan dövlətinin ötən günlərdə Nardaran qəsəbəsində törətdiyi cinayəti məhkum edərək deyib: "Azərbaycan hökumətinin anti-şiə hərəkətləri böyük səhvdir və öz hərəkətlərinə düzəliş etsin".
İmam cümə Nardaranın şiə əhalisinin müdafiəsiz qalmasına toxunaraq deyib: "İslam müqəddəslərinə, məsum imamlara (ə) və ruhanilərə qarşı hörmətsizlik, Nardaran qəsəbəsinə iqtisadi sanksiyalar, cinayət və müsəlman xalqına qarşı böyük zülmdür. Azərbaycan dövləti öz rəftarlarını yenidən nəzərdən keçirsin".