Parsabad bölgəsinin imam cüməsi: Azərbaycan Respublikasının başçıları şiələri öldürməkdə və müsəlmanlara əzab-əziyyət verməkdə sionistlərin və Amerikanın yolunu gedir.
AranNews- Parsabadın imam cüməsi Seyid Səid Rəşadi bu həftənin cümə namazının xütbələrində deyib: "Parsabad əhalisinin Nardaran müsəlmanlarını dəstəkləmək üçün təşkil etdiyi canlı zəncir, mütləq onlar üçün mənəvi dəstək olacaqdır. Azərbaycanın dövlət başçılarına tövsiyəmiz budur ki, müsəlmanlara qarşı zorakılıq və ağılsız hərəkətlərdən əl götürsünlər. Onlara təzyiq və təhdid əvəzinə dini və islami gücün bu ölkədə təhlükəsizlik amili kimi möhkəm qalmasına imkan versinlər".
İmam cümə artırıb: "Son hadisələr göstərdi ki, Azərbaycan Respublikasının rəhbərləri özlərini Amerika və sionist rejiminə bağlamış və muzdura çevrilmişlər. Onların məscidlərə, dini məkanlara hücum etmələri İslamın inkişafından necə qorxduqlarını və xoflandıqlarını göstərir. Halbuki, hər bir hakim, xalqın dindarlığı və etiadı qarşısında dayanarsa, mütləq diz çökəçəkdir".
Parsabadın imam cüməsi Azərbaycanın bəzi deputatlarının təhqiramiz hərəkətlərinin yalnız öz ağılsızlıqlarını göstərməsindən başqa bir şey olmadığını vurğulayaraq deyib: "Belə hörmətsizlklər, əzab-əziyyət çəkən xalqda İslam və hüseynçilik ruhunun genişlənməsi ilə müxalif olanların qəzəbinin nəticəsidir".