Tarix : 2015 Dec 13
Kod 47208

Miyandüabın imam cüməsi: Azərbaycanın İrandakı səfiri cavab versin

Diplomatik aparat Azərbaycan səfirini çağırmalı və baş verən hadisələrə qəti və möhkəm reaksiya verərək, ondan cavab tələb etməlidir.
AranNews- Miyandüab şəhərinin imam cüməsi bu həftəki cümə namazının xütbələrində Azərbaycan Respublikasının Nardaran qəsəbəsində baş verən hadisələrə toxunaraq deyib: "Bu günləri İslama gəliş və islamçılıq dalğası bütün dünyada genişlənməkdədir. Düşmənlər müxtəlif hiylə və metodlardan istifadə edərək dünyada islamsevərlik dalğasına mane olmağa cəhd edirlər".
Azərbaycanın dövlət başçıları polisin şiələrə qarşı silahlı hücumuna cavab verməli və belə hərəkətlərindən əl götürməli, bir də bu cür hadisələrin təkrar etməkdən çəkinməli olduğunu bildirən imam cümə artırıb: "Diplomatik aparat Azərbaycanın səfirini çağırmalı və baş verən hadisələrə qəti və möhkəm reaksiya verərək, ondan cavab tələb etməlidir".
Həsənzadə, bu günləri düşmənlərin İslam və şiələri hədəfə almasını, dünyada islamofobiya və şiəfobiya dalğası yaratmaq istədiklərini nəzərə çatdıraraq deyib: "Şiə və İslam, düşmənləri öz məqsədlərinə çatmağa qoymur. Ona görə də onlar müxtəlif hiylələrdən istifadə edərək şiə və İslamla mübarizə aparırlar".
Miyandüab şəhərinin imam cüməsi müsəlmanlara qarşı Nardaran, Yəmən və Bəhreyndə baş verən hadisələrin bütün müsəlmanların ürəyini yaraladığını bildirərək vurğulayıb: "Başda Amerika və sionist rejim olmaqla İslamın düşmənləri dünyanın hər bir yerində azad, bəsirətli, Muhəmmədin (s) gətirdiyi xalis İslam nidasinı hiss edən insanlarla qarşı fitnə və məkirli hiylələr qurur, onlarla mübarizə edir".

  • Yazılıb
  • da (də) 2015 Dec 13
  • Göndərən مدير سايت Aran News