Tarix : 2015 Dec 14
Kod 47211

Pakistanda baş vermiş terror partlayışında 15 nəfər şəhid olub

Pakistanın şimal-qərbində şiələr yaşayan regionda partladılan bomba 15 nəfərdən çox şiənin şəhadətinə və otuz nəfərdən çoxunun yaralanmasına səbəb oldu.
Arannews- Pakistanın şimal-qərbində yerləşən Paraçinar əyaələrinin şiələr yaşayan regionunda izdihamlı bazarlardan birində partladılan bomba 15 nəfərdən çox şiənin şəhadətinə səbəb oldu.
Pakistan mətbuatının yaydığı məlumata görə dekabrın 13-də Paraçinar şəhərində baş vermiş partlayış nəticəsində 15 adam şəhid olub.
Son məlumata görə təxminən 50 nəfər yaralanıb, onlardan da 15-nin vəziyyəti ağır qiymətləndirilir.
Məlumatda deyilir ki, partlayış şəhərinin girəcəyindəki qış paltarları satılan bazarda baş verib.
Polisin verdiyi məlumatda isə qeyd olunur ki, bazarda baş vermiş partlayış terrorçuluq aktıdır və artıq cinayətkarların ikisi tutularaq hüquq-mühafizə orqanlarına təhvil verilib.
Əmcəd Əli Xan – Kuram şəhərinin siyasi rəsmisi, bu barədə dedi: Ehtimal olunur ki, Kuram regionunun Eydgah bazarında baş verən terror hadisəsinin qurbanlarının sayı çoxalsın.
Bu terror aktı ilə bağlı tədqiqatlar başlanıb. Videoçarxlardan görünür ki, Parçinar sakinləri Eydgah bazarından qaçırlar. Həkimlərin dediyinə görə, yaralıların halı getdikcə ağırlaşır və şəhidlərin sayı çoxala bilər.
Hələ heç kim və heç bir terrorist qruplaşma bu terrorun məsuliyyətini üzərinə götürməyib.


  • Yazılıb
  • da (də) 2015 Dec 14
  • Göndərən مدير سايت Aran News