İmam Rzanın (ə) şəhadətinin ildönümü günü ilə bir vaxtda Tehranın bir qrup inqilabçı gənci Azərbaycan Respublikasının Tehrandakı səfirliyi önünə toplaşaraq, Nardaranda şiələrin qəddarcasına yatırılmasını pisləyibdir.
AranNews- Aksiyaçılar İranın Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikası hökumətindən Ərbəin günü ərəfəsində Nardarana qarşı hərbi hücum barədə izahat verməsini istəməsini tələb ediblər.
Aksiya iştirakçıları həmçinin Hacı Tale Bağırzadənin və Nardaranda həbs olunmuş digər dindarların tez bir zamanda azadlığa buraxılmasını və nardaranlılara bu kənddə və Rəhimə xanım imamzadəsində islami nişanələri yerləşdirmək azadlığının verilməsini tələb ediblər.
Tehranın hüquq-mühafizə qüvvələri də Azərbaycan Respublikasının Tehrandakı səfirliyini qorumaq üçün səfirliyin ətrafında çoxlu sayda polis yerləşdirmişdi.