İraq hökuməti heç bir xarici qüvvənin ölkənin suverenliyini pozmasına icazə verməməlidir.
Arannews- İraq ali dini lideri Ayətullah Əli Sistani ad çəkməyərək, Türkiyənin İraqa hərbçi göndərməsini pisləyib.Ali dini lider İraq hökumətini ölkənin suverenliyini pozan addımlara qarşı çıxmağa çağırıb.
Ayətullah Sistaninin çağırışını onun Kərbəla şəhərindəki cümə xütbəsində çıxış edən təmsilçisi Şeyx Abdulmehdi Kərbəlayi çatdırıb.
Türkiyənin adını çəkməyən Kərbəlayi bildirib: "İraq hökuməti heç bir xarici qüvvənin ölkənin suverenliyini pozmasına icazə verməməlidir.
İraqın təhlükəsizliyini təmin etmək hökumətin borcudur.
İraqın qonşuları Bağdad hökumətinin razılığı olmadan terrorla mübarizə bəhanəsi ilə İraqa əsgər göndərməməli idi."