Tarix : 2015 Dec 14
Kod 47215

ABŞ Gürcüstana hərbi helikopterlər verəcək

ABŞ hökuməti Gürcüstana iki hərbi helikopter verəcək.
AranNews- Gürcüstan hökumətinin təsdiq etdiyi qərara əsasən, 50 mln dollarlıq qrant çərçivəsində Gürcüstan 18,608,036 dollar dəyərində iki “HUEY II” helikopteri əldə edəcək.
Xilasetmə əməliyyatlarına da cəlb ediləcəyi nəzərdə tutulan hərbi helikopterlər Gürcüstana 2018-ci ildə təhvil veriləcək. Layihədə helikopterlərin ehtiyat hissələrinin verilməsi və pilotlara təlim keçirilməsi nəzərdə tutulub.

  • Yazılıb
  • da (də) 2015 Dec 14
  • Göndərən مدير سايت Aran News