Qərbin sanksiyalarının ləğvindən sonra dünya neft bazarına qayıdan İran nefti hətta qiymət 30 dollardan da aşağı düşsə, satacaq.
AranNews- bu barədə ölkənin neft naziri Bijən Zəngənə bildirib.
“Qiymət hətta 30 dollardan da aşağı ensə, bu, İranın neft sənayesini dayandırmayacaq. Sanksiyaların götürüldüyü ilk günlərdə hasilatın həcmi sutkada 500 min barel olacaq. Sonrakı aylarda həcm daha 500 min artırılaraq sutkada 1 milyon barelə çatdırılacaq” – deyib Zəncani.
Nazirin sözlərinə görə, İranın neft hasilatının və “qara qızıl”ın ixracının həcmini Tehran müstəqil şəkildə özü müəyyən edəcək. Zəncani onu da əlavə edib ki, İran dünya bazarlarında öz mövqelərini qaytarmaq niyyətindədir və ümid edir ki, OPEC üzvləri bu məsələdə ona yardımçı olacaq.