Emosional hisslərə qapılıb digər ölkənin təyyarəsinin heç bir əsas olmadan vurulması yalnız və yalnız sadə Türkiyə vətəndaşlarının zərərinədir.
AranNews- Bildiyiniz kimi bir neçə gün idi ki, Suriya ərazisində Türkmən dağı ərazisində şovinistlər Türkmanların Rusiya Hərbi Kosmik Qüvvələri təyyarələri tərəfində bombardmana məruz qalaraq öldürüldükləri şaiələri yayılmışdır. Bu xəbərlər fonunda ötən gün RHKQ-nə məxsus SU-24 təyyarəsi Türkiyəyə məxsus F-16 qırıcısı tərəfindən vuruldu. Türkiyə hakimiyyətinin səhvi nə idi?
1.Türkiyə Rusiya ilə müharibə şəraitində deyil və hətta onun hava məkanına digər ölkənin təyyarəsi daxil olsa belə onu vurmaq zərurəti yoxdur.
2. Suriya ərazisində türkmanlar avia zərbələr nəticəsində 2012-2013 cü ildən sərhəd ərazilərdə öz yaşayış yerlərini tərk ediblər. Fərz edək ki, orada mülki əhali var. Nə üçün Türkiyə miyonlarla Suriyalı qaçqına ərazisində sığınacaq verdiyi halda sərhəd və qonşuluqda yaşayan Turkmanların təxliyyə edilməsi üçün bu 5 il ərzində və xüsusilə son aylar heç bir iş görməyib? Ən ümdəsi bu təxliyyə üçün “Rusiyaya bomardmanları dayandır! Orada yaşayan mülki vətəndaşları təxliyyə edirəm!” - deyə müraciət etmədi. Halbuki bu müraciət rəsmi şəkildə Rusiya tərəfinə edilsəydi, müharibə bitəndən sonra təxliyyə edilən əhalini yenidən geri qaytarmaq üçün hüquqi bir sənəd olardı və heç bir türkman terrorçularla mübarizə aparan Rusiaya və Suriya ordusunun ola biləcəyi təhlükəsindən aman da qalardı.
3. Türkiyənin Rusiyaya məxsus təyyarəni vurduqdan sonra dərhal NATO-ya müraciət etməsi onu göstərir ki, Türkiyənin tək başına bu addımı ata biləcək gücü yoxdur. Bu hərəkət özlüyündə böyük sübutdür və bu ölkənin zəif olmasının göstəricisidir.
4. Bu addım Türkiyə ilə Rusiya arasında milyardlarla ticarət dövriyyəsinə, ən başlıcası isə kənd təsərüfatı və turizmə mənfi təsir edəcək. Bu da Türkiyənin sadə vətəndaşlarının gündəlik həyatında kəskin hiss olunacaq.
5-ci səhv isə Türkiyənin özü İraq və Yunanıstan hava sahələrini dəfələrlə pozduğu halda digər ölkələrə nöqsan tutmasıdır. (Rusiya tərəfi ötən gün bəyan etdi və dəlillər ortaya qoydu ki, Türkiyə hava sahəsi pozulmayıb).
Sonda qeyd edim ki, Ərdoğan hökumətinin terrorçuları dəstəkləməsi və buna dair sübutlar Türkiyə mediasında və dünya mediasında dəfələrlə səsləndirlib. Fikrimcə Türkiyə əhalisi özü də hakimiyyətin bu əssasız addımı atmasını qınayacaq. Emosional hisslərə qapılıb digər ölkənin təyyarəsinin heç bir əsas olmadan vurulması yalnız və yalnız sadə Türkiyə vətəndaşlarının zərərinədir. Çünki minlərlə Türkiyə vətəndaşı ticarət, türizm və digər sahələrdə Rusiya ərazisində çalışır və müştərək şirkətləri mövcuddur. Rusiya ilə əlaqələrin pisləşməsi Türk vətəndaşlarına və daha sonra Ərdoğan rejiminə mənfi təsir edəcək. Və narazı olan xalq Ərdoğan rejiminin getməsinə səbəb olacaq. /islamazeri.az