Tarix : 2015 Dec 14
Kod 47220

Yəmən ordusunun təcavüzkarlara ağır zərbəsi

Babul-Məndəbdə təcavüzkar qüvvələrin komandanlıq bazasına raketlə hücum olunub. Nəticədə 152 nəfər öldürlüb. Onlardan 42 nəfəri Black Water şirkətinin üzvüdür.
Arannews- Yəmən ordusunun Babul-Məndəbdə təcavüzkar qüvvələrin komandanlıq mərkəzinə raket zərbəsi nəticəsində Black Water şirkətinin çoxlu sayda üzvü öldürülüb.
əl-Məsirə telekanalının verdiyi məlumata görə, Babul-Məndəbdə təcavüzkar qüvvələrin komandanlıq bazasına raketlə hücum olunub. Nəticədə 152 nəfər öldürlüb. Onlardan 42 nəfəri Black Water şirkətinin üzvüdür.
Öldürülənlərin arasında kolumbiyalı komandan Karl, Black Water şirkətinin muzdluları, səudiyyəli hərbçilərin komandanı Abdullah əl-Səhyan və bir neçə Birləşmiş Ərəb Əmirliklərinin komandanı, o cümlədən general Soltan Bin Huvidanın olduğu müəyyənləşib.
Həmçinin Black Water şirkətinə aid 3 helikopter, 2 patriot sistemi, 40-dan çox hərbi avtomobil, 7 yük maşını və 5 zirehli avtombil məhv edilib.


  • Yazılıb
  • da (də) 2015 Dec 14
  • Göndərən مدير سايت Aran News