Amerikalılar Suriyaya qarşı savaş başlatdıqları zaman belə bir bataqlığa düçar olacaqlarını təsəvvür etmirdilər..
Arannews- İran İslam Respublikası Quruluşunun Məsləhətləri Şurasının katibi deyib: Amerikalılar təkfirçi qruplaşmaları xilas etmək və Yaxın Şərqdə gərginliyi artırmaq niyyətindədirlər.Möhsün Rzayi deyib: Amerikalılar tam çıxılmaz vəziyyətə düşüblər. Çünki, onlar Suriyaya qarşı savaş başlatdıqları zaman belə bir bataqlığa düçar olacaqlarını təsəvvür etmirdilər.
İran Quruluşunun Məsləhətləri Şurasının katibi Yaxın Şərqin böyük bir partlayış ərəfəsində olduğunu vurğulayıb və deyib: Bu təhlükə bütün region ölkələrini təhdid edir və böyük bir savaşın başlanmasını istəməyən hər bir kəs alovlanmaqda olan odu söndürməyə çalışmalıdır.
M.Rzayi regionda cərəyan edən gərginliyin azaldılmasında BMT-nin rolu barədə də deyib: BMT region ölkələri arasındakı gərginliyi önləməyə qadirdir. Amma, BMT öz imkanlarından istifadə etmir.
İran Quruluşunun Məsləətləri Şurasının katibi region hadisələri ilə bağlı İranın rolu haqda da deyib: İran bu böhranların həlli istiqamətində bütün potensialları o cümlədən diplomatik potensiallarından istifadə etməlidir.