İranın hərbi məsləhətçiləri Suriyada terrorizmlə mübarizə üçün öz addımlarını davam etdirirlər və həmçinin Rusiyanın Suriyada terrorizmlə mübarizə üzrə addımları da müsbət qiymətləndirilir.
Arannews- İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini deyib: İran İslam Respublikası və Rusiya arasında Suriya barədə heç bir ixtilaf yoxdur.Hüseyn Əmir Abdullahian bildirib: Rusiya və İran terrorizmlə mübarizədə Suriya ordusuna ciddi şəkildə kömək edir.
İran xarici işlər nazirinin müavini əlavə edib: Rusiyanın Suriyada terrorizmlə mübarizə üzrə addımları bu ölkə hökumətinin koordinasiyası ilə atılıb və müsbət qiymətləndirilir.
Əmir Abdullahian həmçinin bildirib: İranın hərbi məsləhətçiləri Suriyada terrorizmlə mübarizə üçün öz addımlarını dayandırmadan davam etdirirlər.