Tarix : 2015 Dec 14
Kod 47223

Nigeriya ordusu 12 şiəni şəhadətə yetirib

Nigeriya ordusunun ölkənin şimalında şiələrə qarşı hücumunda 12 şiə şəhadətə yetirilib.
Arannews- Nigeriya ordusu bu ölkə şiələrinin rəhbəri olan İbrahim Zəkzəkinin bu ölkə silahlı qüvvələrinin baş qərargah rəisini terror etməyə cəhd göstərdiyini iddia edərək, şiələrə qarşı atəş açıb, 12 şiəni şəhadətə yetirib.İbrahim Zəkzəki isə həbs edilib.
Nigeriya ordusunun sözçüsü Sani Osman isə iddia edib ki, bu ölkə şiələri Nigeriya silahlı qüvvələrinin baş qərargah rəisi Tokor Buratayın konvoyuna hücum ediblər.
Nİgeriyanın təhlükəsizlik qüvvələri Şeyx İbrahim Zəkzəkinin mənzilini zirehli avtomobillər ilə mühasirəyə alıblar. Bunu görən Zəkzəkinin tərəfdarları evin ətrafında insan zənciri yaradaraq, hərbçilərin evə girməsinə mane olmağa çalışıblar.
Son məlumatlara görə, Nigeriya ordusu İbrahim Zəkzəkinin mənzilinə hücum edərək, onu həbs edib. Hücum zamanı Zəkzəkinin mənzilinin yanğına məruz qaldığı bildirilir.


  • Yazılıb
  • da (də) 2015 Dec 14
  • Göndərən مدير سايت Aran News