Tarix : 2015 Dec 15
Kod 47228

Yəmən ordusu 190-dan yuxarı təcavüzkari məhv edib

Ərəbistan koalisiyası təcavüzkarları Babulməndəb boğazı yaxınlığında 190-dan yuxarı tələfat veriblər.
Arannews- Yəmən ordusunun sözçüsü Ərəbistanın başçılıq etdiyi ərəb koalisiyasının Babulməndəb boğazı yaxınlığındakı tələfatını 190-dan yuxarı elan edib.
Yəmən ordusunun sözçüsü Şərəf Loğman Livanın Ələhd xəbər portalı ilə müsahibədə söyləyib: Babulməndəb boğazı yaxınlığında təcavüzkar qüvvələrin və onların muzdurlarının sayının artması haqda məlumatın əldə olunmasının ardınca onların mövqeləri raket atəşinə tutulub.
Yəmən ordusunun sözçüsü həmçinin bildirib ki, təcavüzkar qüvvələr terrorizmlə mübarizə bəndinin Cenevrə müzakirələrinin iş gündəminə salınması ilə müxalifət ediblər. Onun səbəbi də bu olubdur ki, terrorizm onların öz məhsullarıdır.
Şərəf Loğman təcavüzkar qüvvələri hədələyib və deyib ki, atəşkəs gedişində hücumların davam edəcəyi halda, Yəmən ordusu yeni qəfil addımlar ata bilər.
Yəmən ordusunun sözçüsü vurğulayıb ki, yəmənlilər razılaşmaya və atəşkəsə sadiqdirlər və əgər ərəbistanlı təcavüzkar koalisiya hücumları davam etdirərsə, Yəmənin ordusu və xalq komitələri müharibəyə girəcəklər.
Yəməndə döyüşən iki tərəf arasındakı razılaşmaya görə, yeddi günlük atəşkəs çərşənbə axşamı günü günortadan bu ölkədə bərqərar olacaq.


  • Yazılıb
  • da (də) 2015 Dec 15
  • Göndərən مدير سايت Aran News