Dekabrın 14-də Azərbaycan Respublikası prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında Fərman imzalayıb.
AranNews- Azərbaycan Respublikası prezidentinin fərmanına əsasən, Milli Təhlükəsizlik Nazirliyi ləğv edilir və əvəzində isə Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılacaq.
Bununla əlaqədar aidiyyəti qurumlar qısa zaman ərzində lazımi işləri həyata keçirməli və Azərbaycan Respublikası prezidentinə məlumat verməlidirlər.
Prezident İlham Əliyev Mədət Quliyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncamla Mədət Qəzənfər oğlu Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.