Tarix : 2015 Dec 15
Kod 47235

Əl-Əzhər Misrdə "şiəofobiya"nın yayılması üçün yeni dalğa yaratmağa çalışır

Əl-Əzhər "şiəliyin yayılması təhlükəsi" mövzusunda yarışlar keçirərək Misrdə "şiəofobiya"nın yayılması üçün yeni dalğa yaratmağa çalışır.
Arannews- Əl-Əzhər universitetinin müdiriyyəti İslami vəhdətə zidd olan və təfriqə salmağa yönəlmiş bir addımda "əhl-sünnədə cameəsində şiəliyinin yayılması təhlükəsi, dəlillər və qarşısını almaq yolları" mövzusunda məqalə yazma yarışı təşkil edib.
Bu mövzuda yarış əl-Əzhər İslam mərkəzi tərəfindən Dekabr ayının 13-də elan olunub və 10 gün müddətində davam edəcəkdir.
Əl-Əzhər İslam Mərkəzi bu yarışın qalibləri üçün 42 min misr funtu (cuneyh) mükafat ayrılıb. Birinci, ikinci və üçüncü yerləri qazananlar üçün 5 min, 4 min və 3 min misr funtu, sonrakı 10 nəfərin hər biri üçün 2 min misr funtu və sonrakı 10 nəfər üçün isə min misr funtu nəzərdə tutulmuşdur.
Bu yarışların birinci hissəsində iştirakçılardan tələb olunur ki, şiə təfəkkürü barəsində bir kitabı oxusunlar və xülasə edərək elmi məqalə hazırlasınlar. Məqalədə şiə əqidəsi barəsinda 10 mühüm mənbə və müəllifləri hazırlanmalıdır.
Yarışların ikinci hissəsində isə iştirakçılar dialoq formasında səhnələr hazırlamalı, şiə əqidəsi açıqlanmalı və bunlara cavablar verilməlidir.
Həmçinin iştirakçılar şiə əqidələrinə cavab vermək üçün öz şəxsini fikirlərini yaza və bu barədə şerlər də yaza bilərlər. İştirakçılardan tələb olunur ki, kiçik bir dastanda bir əhl-sünnənin öz şiə dostunu necə hidayət etməsini vəsf etsinlər.
Qeyd edək ki, Əl-Əzhərin bu yarışları təşkil etdiyi dönəmdə Əl-Əzhərin keçmiş müftisi şiələrin Qurana inandıqları barədə şübhədə olduğunu deyib.


  • Yazılıb
  • da (də) 2015 Dec 15
  • Göndərən مدير سايت Aran News