Tarix : 2015 Dec 15
Kod 47238

Səudiyyə Ərəbistanı xüsusi təyinatlılarının komandanı Yəməndə öldürülüb

Səudiyyə Ərəbistanı xüsusi təyinatlı hərbi dəstəsinin komandanı Yəmənin cənub-qərbində qiyamçı husi silahlıları tərəfindən öldürülüb.
Arannews- Səudiyyə Ərəbistanı xüsusi təyinatlılarının komandanı öldürülüb.
Bu barədə Yəmən hökumətinin nümayəndələri məlumat verib.
Səudiyyə Ərəbistanı xüsusi təyinatlı hərbi dəstəsinin komandanı Abdullah əs-Sehyan Yəmənin cənub-qərbində husi silahlıları tərəfindən öldürülüb.
Məlumata görə, Səudiyyə Ərəbistanı xüsusi təyinatlılarının da daxil olduğu ərəb dövlətləri koalisiya qüvvələri Yəmənin Zuba bölgəsində əməliyyat keçirərkən, Husilər tərəfindən raket atılıb. Bu atəş nəticəsində Abdullah əs-Sehyanla yanaşı, koalisiya qüvvələrinin daha 3 əsgəri həyatını itirib.



  • Yazılıb
  • da (də) 2015 Dec 15
  • Göndərən مدير سايت Aran News