İraq İslam Məclisi Ali Şurasının sədri Nigeriyadakı şiə qətliamını sərt tənqid edib.
Arannews- İraq İslam Məclisi Ali Şurasının sədri Seyid Əmmar əl-Həkim Nigeriyadakı şiə qətliamını sərt tənqid edib. Seyid Əmmar əl-Həkim Nigeriyadakı Əhlibeyt tərəfdarlarına qarşı həyata keçirilən son soyqırım siyasətinin böyük səhv olduğunu qeyd edərək, Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəkinin tez bir zamanda sərbəst buraxılmasını tələb edib.
Qeyd edək ki, İraqın bir çox İslam alimi də oxşar bəyanat yayıb.