Kanadalı professor: "İran sizin kimi bir liderə sahib olmaqla nə qədər şanslıdır"
Arannews- Kanadanin Ottava universitenin fizika professoru Denis Rancourt İran İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xameneinin Qərb gənclərinə ünvalandığı ikinci məktubuna cavab məktubu göndərib. Məktubda deyilir: Möhtərəm Seyid Əli Xamenei! Mən yaş baxımdan gənc olmasamda sizin 29 noyabr 2015-ci ildə Qərb gənclərinə ünvanlandığınız ikinci məktubunuzu heyranlıqla və böyük maraqla oxudum. Bu məktub mənim qəlbimi və fikirlərimi canlandırdı. İran sizin kimi bir liderə sahib olmaqla nə qədər şanslıdır. Biz Kanadada yalnız kiçik, ikiüzlü siyasətçilərə malikik. Bunlar yalnız böyük firmaların maraqları və Amerikanın istəkləri əsasında bir-biri ilə rəqabət aparırlar. Mən həqiqətən sizin beynəlxalq terrorizmin köklərini dərin psixologiya və geosiyasi aspektləri təhlil etmənizə görə sizə təşəkkür edirəm. Mən sizin təhliliniz köklü olaraq düzgün olduğuna inanıram. Mən Qərb gənclərinin sizin məktubunuzu oxumalarını və bu məktuba dərin bir baxışla yanaşmalarını ümid edirəm. Bundan başqa, bu məktubun qərblilərin ürəklərinin və beyinlərinin oyanışını təkan verəcəyinə inanıram.
Hörmətlə: Denis Rancaurt