Tarix : 2015 Dec 16
Kod 47246

Nigeriya İslam Hərəkatının lideri ağır yaralıdır

Nigeriyada Əhli-beyt (ə) davamçılarının lideri Şeyx əl-Zəkzəkinin vəziyyəti kritikdir.
Arannews- Ötən həftənin şənbə günü Nigeriya ordusu tərəfindən öz mənzilində hücuma məruz qalmış ölkə Əhli-beyt (ə) davamçılarının lideri Şeyx İbrahim əl-Zəkzəki ağır yaralıdır.
bu barədə nigeriyalı siyasi fəal Harun Bainavi məlumat verib.
O, hücumdan sonra əl-Zəkzəkinin ağır vəziyyətdə olmasını əks etdirən görüntüləri mətbuata təqdim edib.
Siyasi fəal əl-Zəkzəkinin hara aparıldığını bilmədiklərini söyləyib.
Bəzi hərbi qaynaqların məlumatına əsasən, əl-Zəkzəki hazırda hərbi hospitallardan birindədir, onun vəziyyəti kritikdir.
Qeyd edək ki, hücum zamanı əl-Zəkzəkinin oğlu və həyat yoldaşı, habelə hərəkatın aparıcı şəxsləri, eləcə də sıravi inanclılar öldürülüblər.
 


  • Yazılıb
  • da (də) 2015 Dec 16
  • Göndərən مدير سايت Aran News