Tarix : 2015 Dec 17
Kod 47250

AİP Nigeriada baş verən qətliamla bağlı bəyanat verdi

Azərbaycan İslam Partiyası Nigeriyada müsəlmanlara qarşı törədilən qətliamla bağlı bəyanat verib.
AranNews- Partiyanın Mətbuat Xidmətindən daxil olan bəyanatda deyilir.
“Nigeriya hakimiyyəti və ordusu yenidən ölkənin dinc və günahsız vətəndaşlarına qarşı qətliam törətmişdir. Ötən həftənin şənbə günü silahlı ordu Şeyx İbrahim əl-Zəkzəkinin mənzilinə soxularaq dinc insanları silahlı hücuma məruz qoymaqla kütləvi qırğın törətmişdir. Yayılan məlumatlara görə Zəkzəkinin özü bu hücumda ağır yaralanmış, oğlu və həyat yoldaşı hətta qətlə yetirilmişdir. Bununla belə Şeyx həbs olunmuşdur.
Azərbaycan İslam Partiyası Nigeriyadakı qəddar rejimin törətdiyi bəşəri cinayətin beynəlxalq aləm tərəfindən ittiham olunmasını insanlığa qarşı qənim kəsilməsi baxımından aktual və zəruri hesab edir. Bəyan edirik ki, Əhli-beyt məktəbi İslam dininin ən ümdə dəyərlərini ümmətə çatdırmaq, dinimizin humanizm və bütün digər gözəlliklərini öz üzərində daşımaqla ondan bəhrə götürməyi insanlara təlqin etmək missiyasını yerinə yetirir.”
  • Yazılıb
  • da (də) 2015 Dec 17
  • Göndərən مدير سايت Aran News