Rusiya hərbi təyyarəsinin vurulmasından sonra Ankara ilə Yeruşəlim arasında gizli təmaslar intensivləşib.
AranNews- Türkiyə-İsrail münasibətlərinin normallaşdırılması Ankaraya Rusiyadan enerji asılılığını azaltmaq üçün bu ölkədən təbii qaz almağa imkan verəcək.
bunu Türkiyə hökumətindəki iki məlumatlı mənbə bildirib. Onlar deyiblər ki, Rusiya hərbi təyyarəsinin vurulmasından sonra Ankara ilə Yeruşəlim arasında gizli təmaslar intensivləşib.
Həmçinin Türkiyə Kipr adasının birləşməsinə də tərəfdardır və bunun üçün həm türk, həm də yunan icması ilə danışıqlar aparır. Perspektivdə həm sionist rejimdən, həm də Kiprdən təbii qaz idxalı Türkiyənin öz mənbələrini müxtəlifləşdirməsinə və Şərqlə Qərb arasında əsas tranzit məntəqəsinə çevrilməsinə şərait yaradacaq.
Mənbələr sionist rejimlə Türkiyə arasında qısa müddətdə kompromis əldə oluna biləcəyini söyləyiblər.