Tarix : 2015 Dec 17
Kod 47252

İki böyük İslam alimindən Nigeriyadakı qətliama reaksiya

İslam Dünyasının tanınmış alimləri, mərcəi təqlid müctehidləri: Ayətullah Nuri Həmədani və Ayətullah Safi Golpayqani Nigeriya hadisələrilə bağlı bəyanat yayıb.
AranNews- Ayətullah Nuri Həmədaninin bəyanatında Nigeriya hərbçilərinin şiələrə və bu ölkənin islami cəmiyyətinin baş katibi höccətulislam İbrahim Əlzəkzakiyə hücumu pislənilib.
Bəyanatda Ayətullah Həmədani Nigeriya hərbçilərinin bu ölkə şiələrinə hücum etmələrindən təəssüflənərək, müsəlmanlar və şiələrin hüquqlarının qorunması, eləcə də özbaşına hərbi ünsürlərin cəzalandırılmaları, həmçinin Əlzəkzakinin və digər zərər çəkənlərin azad və müalicə edilmələrinin vacibliyini önə çəkən böyük İslam alimi hazırkı şəraitdə təfriqə salan təkfirçi və sələfçi qruplar və "Boko haram" ilə mübarizədə müsəlmanların birliyinin qorunmasını zəruri sayaraq, Nigeriya hökumətindən istəyibdir ki, öz səylərini özünün əsl düşməni olan "Boko haram" ilə mübarizə üçün göstərsin.
Digər böyük İslam alimi, mərcəi təqlid müctehidi  Ayətullah Lütfillah Safi Golpayqani də dünən beynəlxalq və dünya ictimaiyyətinin Nigeriya şiələrinin qırğın edilmələri qarşısında susmalarını tənqid edərək deyib: "Bütün dünya bu çirkin cinayəti pisləməlidir və xüsusən islami ölkələr bu cür faciələrin qarşını almaq üçün lazımi və münasib addımlar atmalıdırlar."
  • Yazılıb
  • da (də) 2015 Dec 17
  • Göndərən مدير سايت Aran News