polis zabiti Vəli Rzayev, Nardaran Əməliyyatıyla bağlı Ramil Usubova açıq məktub unvanlayib.
AranNews- Nardaranda ev muhasirəyə alinib səs gucləndiricilərlə təslim olunmaq tələb olunmalidi. Bunu edibsiz? Axı onların əlində girovlar olmayıb. Hücum etmək üçün heç bir əsas və səbəb olmayıb.
polis zabiti Vəli Rzayevin Nardaran Əməliyyatıyla bağlı Ramil Usubova unvanladiği məktubda yazilib: Hörmətli cənab nazir! Sizin şəxsiyyətinizə böyük hörmətim var!
Mən 10 ildən artıqdır polis sıralarında zabit kimi xidmət edirəm. Dəfələrlə müxtəlif əməliyatlarda iştirak etmişəm. Bir vətəndaş kimi həmdə polis işcisi kimi Nardaranda ölən 2-si polis olmaqla 7 vətəndaşımızın ölümü mənidə sarsıtdı. İctimayətdə və hətta polis əməkdaşları arasında gəzən söz söhbətlərdə belə bir fikir dolaşır ki 2 polis əməkdaşı hakimiyyət tərəfindən öldürülüb. Əslində mən buna inanmıram heç inanmaqda istəmirəm. Lakin xüsusi əməliyyatın nə olduğunu çox gözəl bilən bir polis işcisi kimi Nardaran əməliyyatını və nəticələrini qiyabidə olsa analiz edərkən bəzi şübhələr təbii olaraq yaranır. İndi biz polisləri yalnız bir sual maraqlandırır. Əməliyatda öldürülən polis əməkdaşları Vüqar Nəsibov və İsmayıl Tağıyev hansı şəraitdə və kimin tərəfindən öldürülüb? Hakimiyyətə qarşı yaranmış şübhələri dağıtmaq üçün əməliyyatın video çəkilişini geniş ictimayyətə təqdim olunması çox vacibdir. Buna görədə bütün Azərbaycan polisinin adınnan cənab nazir Ramil Usubovdan xahiş edirəm Azərbaycan polisinə hörmət əlaməti olaraq Nardaran əməliyyatıyla əlaqədar, real əsaslara söykənən və videofaktla aydınlıq gətirməklə bağlı göstəriş verəsiniz.
Əməliyyat çəkilişi təqdim olunmadığı halda ictimayyətin hakimiyyət haqqında olan ehtimallarına heç bir şübhə qalmır və belə bir qənaətə gəlmək olar ki həqiqətəndə 2 polis zabiti hakimiyyətin göstərişiylə öldürülüb.