Rusiya qüvvələrinin Suriyada son bir sutka hərzindəki hücumlarınd 320-dən çox silahlı öldürülüb və terror qruplaşmalarına aid təxminən 30 tank və zirehli avtomobil məhv edilib.
Arannews- Rusiya Müdafiə Nazirliyinin sözçüsü bildirib: Bu ölkənin Hərbi Hava Qüvvələrinin çərşənbə günü Suriyada terrorçuların mərkəzlərini bombalaması nəticəsində 320-dən çox terrorçu öldürülüb.
İqor Konaşenko deyib: Rusiya qüvvələrinin Suriyada son bir sutka ərzindəki hücumlarınd 320-dən çox silahlı öldürülüb və terror qruplaşmalarına aid təxminən 30 tank və zirehli avtomobil məhv edilib.
O əlavə edib: Rusiyanın bombardmançı təyyarələri ötən sutka ərzində terrorçuların neft məhsullarını daşıyan 100 yük maşını və 15 neft tankerini hədəfə alıb və məhv ediblər.
Rusiya 70 gündən çoxdur ki, Suriyada terrorçulara qarşı hava və raket əməliyyatı həyata keçirir. Və bu məqsədlə 60-dan çox hərbi təyyarə və bir neçə gəmi və sualtı gəmidən istifadə edir.
Rusiya Silahlı Qüvvələri bu müddət ərzində terrorçular, xüsusilə də İŞİD terror qruplaşmasının Suriyanın müxtəlif bölgələrində 8 mindən çox mərkəzini məhv edib.