Ali-Xəlifə rejimi hərbçiləri etirazçılara hücum edərək...
Arannews- Ali-Xəlifə rejimi hərbçiləri Bəhreyn vətəndaşlarının dinc aksiyasını repressiya ediblər.Bəhreyn vətəndaşları ölkənin müxtəlif bölgələrində siyasi məhbuslara dəstəkləmək və vurğulamaq üçün aksiya keçiriblər. Ali-Xəlifə rejimi hərbçiləri etirazçılara hücum edərək bu aksiyanı yatırıblar.
Bəhreynli etirazçılar şüarlar verərək bildiriblər: Tələblərinə çatana qədər dinc aksiyaları davam etdirəcəklər.
Bəhreyn 2011-ci il 14 fevraldan Ali-Xəlifə rejiminə qarşı dinc etirazların şahididir.
Bəhreyn xalqı azadlıq, ədalətin bərqərar olunması, ayrı-seçkiliyin aradan qaldırılması və ölkədə seçilmiş quruluşun iqtidara gəlməsini tələb edir.