Tarix : 2015 Dec 18
Kod 47268

Niceriya və Azərbaycan şiələrinin qətliam edilməsini ardınca Tehranın 8 universitetinin bəsic tələbələri bəyanat verib

Şeyx Zəkzəki və Hacı Tale kimilərin təqsiri dünya şeytanlarının mübariz və azadlıqsevərlərə qarşı həmin qədim ittihamlarıdır.
AranNews- Resaksiyamızın "Tələbə Bəsicliyi İnformasiya Bloku"na istinadla verdiyi məlumatına görə, Tehranın səkkiz universitetinin bəsic tələbələri Niceriya və Azərbaycanda şiələrin qətliam edilməsinin ardınca bəyanat veriblər.

Bəyanatda deyilir:
Bismillahir-rəhmanir-rəhim
İnna lillahi və inna iləyhi raciun
Son iki həftədə baş verən hadisələr, Rəsulullahın (səlləllahu ələyhi və alih) övladlarından bir qrupunun vəhşiliklə öldürülməsi, həbsə alınması və işgəncə olunması hər bir azad insanın ürəyini ağrıdır. Məzlumlar, böyük rəhbər və imam həzrət Ayətullah əl-üzma Xomeyninin (rh) mənəvi nəfəsi və rəhbərliyi ilə oyanış yolunun nidasını eşitdi, imperializm və istismardan yorulmuş canlarına təravət gəldi. Beləliklə, imam Xomeyni (rh) adı dünyada səs-səda yaratdı. Dünyaya ağalıq niyyətində olan Amerikanın qamçısını dadmış aşiqlər bu günləri özlərinə Xomeyniçi və Xomeyniçilik adını götürmüş və beləcə mücahidlik sırasında dayanıblar.
Yoxsullar, məzlumlar və ayaqyalınlarla qan əhdi bağlayan İslam camiəsinin dərdini başa düşənlər diqqət etməlidirlər ki, onlar mübarizə yolunun başlanğıcındadır. İmperializm və istismar divarlarını dağıtmaq, Muhəmmədin (s) gətirdiyi xalis İslam dininə çatmaq üçün qarşıda uzun yol vardır. Sözsüz, Zariya, Nardaran və Paraçinarın məzlum əhalisinin qətliam edilməsi bu yolda sükut və geriçəkilməyə səbəb olmayacaq, üstəlik, onların damla-damla qanlarından hiddət və oyanış çeşməsi qaynayacaq və dünya məzlumlarının inqilab okeanına çatna qədər axacaq.
Şeyx Zəkzəki və Hacı Tale kimilərin təqsiri dünya şeytanlarının mübariz və azadlıqsevərlərə qarşı həmin qədim ittihamlarıdır. Biz Aşura övladlarını əsirlik və şəhidliklə qorxuda bilməzsiniz. Çünki biz çoxdandır ki, yolumuzu Amerikasayağı islam iddiaçılarının yolundan ayırmışıq və sadə düşüncəli alqışsevən adamların tənə və kinayəsinə dözürük.
Bu cinayət azadlıqsevərlərin və müsəlmanların ürəyini qana döndərdi, amma İslam ümməti arasında Xomeyni övladlarının tanınmasına səbəb oldu, dünyanın hər yerində xalis Məhəmməd (s) İslamının çiçəklənməsini və İslam İnqilabının səmərə verməsini müjdə verdi.
"Onlar hiyləyə əl atdılar. Allah da onların hiyləsinə əvəz verdi. Allah hiyləgərlərdən daha tədbirlidir".
Son günlər Niceriya və Azərbaycanda baş verən hadisələr, hətta qərbin qeyri-düzgün prinsipləri ilə də insan hüquqlarının pozulması sayılır. Bu arada insan hüquqları iddiaçılarının bataqlıq sükutları tutmaları çox təəccüblüdür. 500 nəfər məzlum niceriyalının BMT timsahlarının yalançı göz yaşlarına da dəymirmi?
Daha ağrılı dərd İslam ümmətinin bu hadisələrə etinasizlığıdır. Ali-süqutun çürümüş kəndiri İslam ölkələri başçılarını alçaqlıq quyusunun dibinə elə çəkmişdir ki, artıq öz canını bəsləyən zəlisifətlərin səsi çıxmır. Çünki onlar özləri də öz xalqlarına qarşı dəfələrlə oxşar cinayətlər ediblər. Sözü gedən hadisələr xalis Amerikasayağı islamın canişin övladlarının bu ölkələrdə şiələrlə öz əhli-sünnələrinin bir yerdə qardaşcasına yaşamasını görməyə taqətləri olmamasının nəticəsidir.
Heç kimə gizlin deyil ki, İlham Əliyevin Azərbaycanda Xomeyniçilərin öldürülməsi və zindana salınması vəhşiliyi Amerikanın və onun regionda əlaltısı olan Türkiyənin yaşıl işığı ilə baş vermişdir. Hamıya məlumdur ki, Zariyada vəhşicəsinə qətliam Təl-Əvivdə təlim görmüş zabitlərin əli ilə baş vermişdir.
Lakin bizim üçün daha ağrılı olan ölkəmizin diplomatik aparatlarının adiləşmiş passivliyidir. Nardaran hadisələri tam sükutla ötdü və ən az mövqe tutmaqla kifayətləndilər. Böyük hadisə, yəni bir gündə 500 nəfərin qətliam edilməsi, Cənab Prezidentin yanıda Parisdə öldürülənlərin dəyərinndən az idimi ki, iki gün hətta narahatlıq hissi keçirməsini də bildirmədi?
Biz inqilabçı tələbələr bu günlərdə baş vermiş acı hadisələri məhkum edir və ümid edirik ki:
1. Diplomatik aparatlar şəhid olanların ailələrinin və yaxınlarının canlarının qorunması üçün bütün səyini göstərsin, beynəlxalq müzakirələr yolu ilə tezliklə Niceriyada Ayətullah Zəkzəkinin, Azərbaycanda şəriət məhbuslarının vəziyyəti haqqında məlumat əldə etmək üçün ciddi addımlar atsın.
2. İslami Şura Məclisi, xüsusilə də Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası qeyd olunan acı hadisələr barədə faktaraşdırıcı komitə yaradaraq zorakılığa dərhal son qoyulması üçün beynəlxalq təzyiqləri işə salsın.
3. Televiya və Radio Şirkəti passivliyi kənara qoysun, öz inqilabi vəzifəsinə əməl edərək Niceriya və Azərbaycan məzlumlarını dəstəkləsin, hasisələr barədə reallığı göstərsin, xalqı məlumatlandırsın və media silahından istifadə etməklə məzlumların media cəbhəsinin güclənməsi istiqamətində daha çox hərəkət etsin.
4. İnsan hüquqları təşkilatları, xüsusilədə İnsan Haqları İzləmə Təşkilatı qərəzli və qeyri-obyektiv mövqe tutmasını qırağa qoysun və bir dəfə də olmuş olsa günahsız insanların hüquqlarını müdafiə etsin. Hərçənd, çoxdandır ki, onlara heç bir ümidimiz yoxdur.
5. İslam ölkələrinin başçıları, əsasəndə İslam Əməkdaşlıq Konfransı, terrorizmi dəstəkləyən dövlət başçıları ilə, yəni Ali-Səudla terrorçu koalisiya təşkil etmək əvəzinə Niceriya və Azərbaycanın məzlum müsəlmanlarının fəryadına yetişsinlər. Gözləntimiz budur ki, zəruri iclas çağırmaqla tezliklə Niceriya ordusunun vəhşiliklərinin qarşısını alsınlar.
6. Bütün azadlıqsevərlər, sionizm və dünya imperializmnə qarşı mübarizə aparanlar toplantılar keçirməklə və bir-birləri ilə əməkdaşlıq etməklə Niceriya və Azərbaycan fəalarının tezliklə azad olunması yolunda işə başlasınlar və məzlum qrupların təməllərini gücləndirməklə böyük şeytanın himayə etdiyi terrorizmə son qoysunlar.
Salam olsun bizim şəhidlərimizə və haqq yolunun bütün mücahidlərinə!
وَنُرِيدُ أَنْ نَمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ
"Biz isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək".
İmam Sadiq (ə) Universitetinin Tələbə Bəsicliyi
Şərif Universitetinin Tələbə Bəsicliyi
Tehran Universitetinin Tələbə Bəsicliyi
Əmir Kəbir Universitetinin Tələbə Bəsicliyi
Elm və Sənət Universitetinin Tələbə Bəsicliyi
Xacə Nəsir Universitetinin Tələbə Bəsicliyi
Əllamə Təbatəbai Universitetinin Tələbə Bəsicliyi
Şəhid Behişti Universitetinin Tələbə Bəsicliyi
  • Yazılıb
  • da (də) 2015 Dec 18
  • Göndərən مدير سايت Aran News