Nardaran Hadisəsi heç də, məqsədsiz şəkildə icra olunmamışdır. Kimlərin isə yenidən iş başına gəlmələri lazımlı idi.
AranNews- 26 Noyabr, 2015 tarixdə başlanan hadisələrdə Nardaran başda olmaqla Azərbaycanın əksər regionlarında Şiələrə qarşı kütləvi sürətdə represiyalar və günahsız insanların qətli ilə qeydə alınan əməliyyatlara start verildi ki, hələ də davam etməkdədir...
Bu saxta olaylar vaxtı ilə Azərbaycanın siyasi, iqtisadi arenasından zahirən silinərək təmizlənmiş sionist xadimlərini xüsusi ilə də, “Cəmaətçiləri”- Fətullah Gülənin ardıcıllarını yenidən Azərbaycandakı mərkəzlərindəiki iş başlarına gəlməklərinə zəminə yaratdı. Əlbətdə ki, Bakı rejiminin Nardaran Hadisəsi heç də, məqsədsiz şəkildə icra olunmamışdır. Kimlərin isə yenidən iş başına gəlmələri lazımlı idi...
Amma qonşu Türkiyədə isə, tam başqa bir siyasət həyata yeridilir. Ərdağan və onun hakimiyyətini sarsıda biləcək hər bir ünsürün zərərsizləşdirilməsi AKP üçün hər şeydən artıq zəruridir. Bu səbəbdən də, Fətullah Gülənin liderlik etdiyi Paralel Dövlət Terror Təşkilatının “beyin komandası”na qarşı əməliyyata start verilib. Gülənin 1 nömrəli şübhəli olaraq mühakimə olunduğu dava ilə bağlı 73 nəfər haqqında həbs qərarı verildi. Lakin 10 şəhərdə eyni zamanda başladılan əməliyyat zamanı sadəcə 5 nəfər yaxalandı. 43 şübhəlinin isə xaricə qaçdığı ortaya çıxdı.
Həbs olunmasına qərar verilənlər arasında Azərbaycandakı “Dialoq Avrasiya” dərgisinin təsisçisi Qəzetçilər və Yazarlar Vəqfi başqanı Mustafa Yeşil, iş adamı Alaaddin Kaya, Önder Aytaç, Ahmet Can, örgüt içində “Böyük Abi” olaraq tanınan İsmail Büyükçelebi, Sait Aksoy, Nejdet Başaran, Gülənin Azərbaycan və Orta Asiya üzrə koordinatoru Naci Tosun və Cövdət Türkyolu və başqaları yer alır.
Qeyd edək ki, Gülənin qurduğu şəbəkə Azərbaycanda da aktiv şəkildə fəaliyyət göstərməkdədir. Belə ki, Türkiyədə Gülənin beyin mərkəzinə qarşı əməliyyat keçirilsə də, ölkəmizdəki fətullahçıların beyin mərkəzi olan Qafqaz Universiteti Gülənin imamlarının idarəçiliyində fəaliyyətini davam etdirir.
Belə ki, “Bank Asya”nın ortağı, Gülənin Azərbaycan imamı Ənvər Özərən Qafqaz Universitetinin Rəyasət Heyətinin sədri vəzifəsində qalmaqdadır. Habelə, QU-nun rektoru Əhməd Sanıc da Gülənə bağlı şəxsdir.
Gülənə bağlı media qurumları da Azərbaycanda fəaliyyətlərini davam etdirirlər. Belə ki, Gülənə bağlı Qəzetçilər və Yazarlar Vəqfinə bağlı “Dialoq Avrasiya” Platformuna rəhbərlik Qafqaz Universitetinin dekanı Cəlil Ərdəm rəhbərlik etməkdədir və bu şəxs il yarım ərzində itirilən mövqelərini bərpa etmək üçün Azərbaycan mediasının qapılarında qalıb. Ona ən böyük dəstəyi isə “Zaman” qəzetinin Azərbaycan bölümü (“Zaman Azərbaycan” qəzeti) verməkdədir.
Eyni zamanda, Türkiyənin baş naziri Əhməd Davudoğlunun son Bakı səfərində iş adamları ilə görüşə çağrılmayan TUSİAB yenə də Azərbaycanda fəaliyyətini davam etdirməkdədir.
Maraqlıdır ki, Azərbaycanın sülalə prezidenti necə deyərlər bu və digər dini ekstremist qruplara qarşı sərt mövqe nümayiş etdirsə də, bəzi məmurlar hələ də onları qorumaqda davam edirlər. Prezident Adminstrasiyasının sabiq şöbə müdiri, gənc gülənistlərin imamı Elnur Aslanov vəzifəsindən uzaqlaşdırılsa da, hakimiyyət daxilindəki fətullahçıların biznes ortaqları tərəfindən himayə altına alındı. Rabitə və Yüksək Texnologiyalar Nazirliyində elektron hökumətlə bağlı sahəyə rəhbər təyin edilərək, dövlətin bu sahədəki bütün lahiyələri yenə onun nəzarətinə verildi. İndi isə artıq təhlükənin sovuşduğunu hiss edərək, yenidən itirilən mövqelərini bərpa etməyə çalışır.