Tarix : 2015 Dec 19
Kod 47274

Nardaranda güclü nəzarət və qorxu rejimi hökm sürür

Nardaranda güclü nəzarət və qorxu rejimi hökm sürür, məscid və hüseyniyyələr bağlanıb və...
Arannews-  Bakının Nardaran qəsəbəsində daha bir polis basqınına məruz qalıb, 5 nəfər saxlanılıb.
Noyabrın 26-dan Nardaranda güclü polis nəzarəti olsa da, Dünən səhər saatlarında Daxili İşlər nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarının əməliyyat keçirib, qəsəbə ərazisindən silah-sursat, narkotik maddələr aşkar etdiklərini iddia ediblər.
Nardaran sakini Məşədi Natiq Kərimov bildirib ki, qəsəbədə əməliyyat dekabrin 17-dən başlanıb və bir neçə nəfər saxlanılıb.
Nardaran qəsəbəsində əməliyyat noyabrın 26-da başlanıb. Basqı zamanı "Müsəlman Birliyi Hərəkati"-nın 14 üzvü saxlanılıb. Hadisə nəticəsində ikisi polis olmaqla 7 nəfər həlak olub.
Həmin əməliyyatdan sonra Nardaranda güclü nəzarət və qorxu rejimi hökm sürür, məscid və hüseyniyyələr bağlanıb və işıq və enerjinin verilməsinə məhdudiyyətlə tətbiq olunub.


  • Yazılıb
  • da (də) 2015 Dec 19
  • Göndərən مدير سايت Aran News