Tarix : 2015 Dec 19
Kod 47275

Təbriz əhalisi Nigeriya və Azərbaycanda şiələrin hüquqlarının təmin edilməsini istəyiblər

Təbriz əhalisi cümə namazında iştirak etdikdən sonra, Nigeriya və Azərbaycanda şiələrin hüquqlarının təmin edilməsini istəyiblər.
Arannews-  Təbriz əhalisi Nigeriya və Nardaranla həmrəylini bildirdi.
Təbriz əhalisi cümə namazında iştirak etdikdən sonra, Nigeriya və Azərbaycanda şiələrin hüquqlarının təmin edilməsini istəyiblər.
Təbriz əhalisi bu aksiya zamanı Nardaran əhalisi ilə öz həmrəyliyini də elan edib.
Təbrizin imam cüməsi Ayətullah Möhsün Müctəhid Şəbstəri cümə namazı xütbələrində Nigeriyada şiələrin ordu tərəfindən qırğın edilməsini qınayıb və deyib: Bu hərəkət şiə təfəkkürünün dünyanın azad düşüncəli insanları arasında yayılmasına mane olmaq üçün törədilib.

Təbrizin imam cüməsi həmçinin, Azərbaycan rəsmilərinə bu ölkə şiələri ilə rəftarları barədə deyib: Bu kimi təfriqəyə səbəb olan hərəkətlər vəhhabiliyin fitnələrindəndir.


  • Yazılıb
  • da (də) 2015 Dec 19
  • Göndərən مدير سايت Aran News