Tarix : 2015 Dec 19
Kod 47276

Givi əhalisi Nardaran və Nigeriyada şiələrin qətliam edilməsini məhkum etdi

Givi əhalisi bəyanat verərək Azərbaycan, Nigeriya, Livan, Paraçinarda yüzlərlə şiənin qətliam edilməsini məhkum edib.
AranNews - Givi şəhərinin əhalisi 18 dekabrda cümə namazını yerinə yetirdikdən sonra şəhərin müsəllasının önündə etiraz aksiyası keçirərək İslam düşmənlərinin Nardaranda və Nigeriyada şiələri qətliam etməsini məhkum edib.
Etiraz aksiyasında iştirak edənlər bəyanat veriblər. Bəyanatda təkid olunur:
"İslam İnqilabının ağacı dünyanın hər bir nöqtəsində əkiləcək. Biz öz canımızı Muhəmmədin (s) xalis İslamının dünyanın hər bir yerində qorunması yolunda qurban vermək üçün gəlmişik".
Bəyanatda vurğulanır ki, amerikasayağı islamı təbliğ edənlər və yayanlar İslam ümməti arasında təfriqə, parçalanma və qarşıdurma yaratmağa cəhd edirlər. Bu Amerika-sionist muzdurları, şiələr yaşayan ölkələrdə siyasi-iqtisadi nüfuzu ələ keçirməklə İslam İnqilabı təfəkkürünün dünyada genişlənməsinin qarşısını almaq niyyətindədirlər.
Həmişə səhnədə olan Givi şəhərinin əhalisinin bəyanatında bildirir: "Nigeriya, Livan, Paraçinar və Nardaranda baş verən acı hadisələr və bu məntəqələrdə yüzlərlə şiənin məzlumcasına şəhadəti İslam dünyasına ağır həyəcan və zərbə idi. İnsan hüquqlarının sarışın saç və göy gözlə ölçüldüyü bir dövrdə insan hüquqlarını iddia edən təşkilatların Afrikanın qaradərili şiələrinin qətliam edilməsinə hansı rəsmi və faktiki reaksiya verməsini gözləmək olar?"
Faciə o qədər ağırdır ki, bir an sükut və səhlənkarlıq etmək olmaz. Zülm altında qalmış şiələrin bu faciəsini izləmək üçün büün diplomatik və siyasi imkanlar ciddi surətdə işə düşməlidir.


  • Yazılıb
  • da (də) 2015 Dec 19
  • Göndərən مدير سايت Aran News