Tarix : 2015 Dec 19
Kod 47278

Parsabad əhalisi Nardaran və Nigeriyada şiələrin qətliam edilməsini məhkum etdi

Parsabad əhalisi yürüş keçirərək Nardaran və Nigeriyada şiələrin rəhimsizcəsinə qətliam edilməsini, dini müqəddəslərin aşağılanmasını məhkum ediblər.
ArenNews - Nigeriyada dövlət ordusunun, Boko Haram təkfirçi və terrorçu qruplarının müsəlmanlara qarşı vəhşi hücumlarının və şiələrin qətliam edilməsinin ardınca Parsabad sərhəd bölgəsinin əhalisi cümə namazını yerinə yetirdikdən sonra Nigeriyada şiələrin qəddarlıqla qətlə yetirlməsini, dini müqəddəslərə və alimlərə qarşı hörmətsizlik olunmasını məhkum etmək məqsədilə yürüş keçirib.
Yürüş iştirakçıları "Amerikaya ölüm", "İsrailə ölüm", "Dünyada qatillərə ölüm", "Öz fəryadımızla Azərbaycan və Nigeriyanın Xomeyniçilərinin köməyinə tələsək" kmi plakatlar qaldırıb, BMT-nin Nigeriya və Azərbaycan Respublikasında müsəlmanların qətliam edilməsinə susmasını tənqid ediblər. Hablelə, Azərbayacanda hicab məhbuslarının, o cümlədən Hacı Mövsüm Səmədov, Hacı Abgül Süleymanov, Hacı Tale Bağırovun və Nigeriyada İslam Hərəkatı rəhbəri Ayətullah İbrahim Zəkzəkinin azad olunmasını tələb ediblər.
Yürüş, cümə namazından sonra Parsabadın İmam Xomeyni (rh) müsəllasının önündən İmam Hüseyn (ə) meydanına tərəf hərəkət edilməsi ilə baş tutub. Etiraz yürüşünün sonunda Nigeria və Azərbaycan ölkələrində müsəlmanların qətlimı edilməsini məhkum edən qətnamə oxunub.


  • Yazılıb
  • da (də) 2015 Dec 19
  • Göndərən مدير سايت Aran News