Bu cinayət sionist rejimin, vəhhabilərin, İŞİD və Boko Haram kimi terrorçu qrupların istəkləri əsasında törədilib.
Arannews- Tehranın cümə namazı xətibi Nigeriyada şiələrin bu ölkə ordusu tərəfindən qırğın edilməsinə işarə edərək, bu cinayəti qınayıb və bu çirkin əməlin Nigeriya dövləti üçün mənfi nəticələri barədə xəbərdarlıq edib.
Tehranın müvəqqəti imam cüməsi Nigeriyada şiələrin bu ölkə ordusu tərəfindən qırğın edilməsinə işarə edərək, bu cinayəti qınayıb və bu çirkin əməlin Nigeriya dövləti üçün mənfi nəticələri barədə xəbərdarlıq edib.
Ayətullah Əhməd Xatəmi Tehranın cümə namazı xütbələrində bu qırğına görə Ərəbistan rejiminin Nigeriya dövlətini təbrik etməsini təəssüfləndirici hal adlandırıb və deyib: Bu cinayət sionist rejimin, vəhhabilərin, İŞİD və Boko Haram kimi terrorçu qrupların istəkləri əsasında törədilib. Buna görə də, Nigeriya dövləti dərhal bu cinayəti törədənləri cəzalandırmalı və oxşar faciələrin baş verməsini önləməlidir.